Hava Durumu
Anlık
Yarın
31° 34° 16°
BAYRAQDARIM- Zərəngiz Dəmirçi Qayalı

Məndən ötdü, sənə dəydi,
Havadarım, harda qaldın?
Vətən qalib olmalıydı?
Bayraqdarım, harda qaldın?
***
Göylərdənmi qarğış gəldi?
Qəvi-düşmənə tuş gəldi?
Qarabağa sət qış gəldi,
Xoş baharım, harda qaldın?
***
Bu dərdlərə dözmək çətin!
Məqlub olub, gəzmək çətin!
Ey ulu, qutsal millətim,
Vəfadarım, harda qaldın?
***
Qan içində üzən ürək,
Özünə dərd gəzən ürək,
Al-qırmızı bəzən ürək,
Arzularım, harda qaldın?
***
Canım qala, təbim səngər,
Fikirlərim birər əsgər,
Ölmüşdüksə, bizlər əgər?
Bəs, məzarım harda qaldı?
***
Torpaqdan pay, olmaz, olmaz!
Qalmaz dünya, belə qalnaz!
Güllər açsa, bağça solmaz!
Xilaskarım harda qaldın?
***
Yurdumuz qana çalxandı!
Dağım, düzüm, elim yandı!
Zərəngiz çox arxalandı,
İqtidarım harda qaldın?

Zərəngiz Dəmirçi Qayalı
Səməd Vurğun mükafatı laureatı
                                   13.06.2012

  
1800 kez okundu

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu yapmak için tıklayın
Saat
Takvim
Döviz Bilgileri
AlışSatış
Dolar5.62765.6502
Euro6.32966.3550