Hava Durumu
Anlık
Yarın
31° 34° 16°
ADIM BÖYÜK TURAN OLDU- Zərəngiz DƏMİRÇİ QAYALI

ADIM BÖYÜK TURAN OLDU- Zərəngiz DƏMİRÇİ QAYALI
Bozqırlardan Tyanşana,
Ulu Türkə məkan oldu!
Uca zirvə-Kazbek demə,
Qazi bəy adlanan oldu!
***
Sibir elinin bağrını,
Ləpirlərim imzaladı!
Yaşadı türkümün adı!
Zirvələrə qonan oldu!
***
Göy rəngində, qan rəngində,
Din rəngində bayrağımız!
Çağdaş ruhum, müasirim,
Buluda ağ yelkən oldu!
***
Əziz anam-Ağrı, Qoşqar,
Şahdağ, Kəpəz, Avey, Qırxlar,
Savalan, Səhənd, Babakar,
Ovlağım bu meydan oldu!
***
Ulduzum var, hilalım var!
Nə möhtəşəm cəlalım var?
Baykallardan Dərbəndlərə,
Neçə qurğu quran oldu!?
***
Dədə Göyçə, Vedi, Urud,
Van deyilən o qədim yurd,
Olmadı Tanrı qəzəbi,
Demə, yoldan çıxan oldu!
***
Yumruq kimi birləşəlim!
Ünvanlaşa, sirləşəlim!
Paylaşalım, hürləşəlim!
Türk sevgisi ümman oldu!
***
Addımını at da mətin!
Ey ulu, qutsal millətim!
Dirçəlişin yaman çətin,
Çağrışımız: “Can, can!” oldu!
***
Türk nəsliyik özbək, qazax,
Uyğur, türkmən, qırğız, qıpçax,
Görüş yerimiz də hər vaxt,
Cənnət Azərbaycan oldu!
***
Altaylardan Yeniseyə,
Tatar, çuvaş, Dərbənd yiyə!
Sevəriz “eşq!” deyə-deyə,
Sevdalım Türküstan oldu!
***
Param-parça parçalandıq!
Bölümləndik, haçalandıq!
Düşmən od vurdu, biz yandıq!
Nəsibimiz hicran oldu!
***
Xaqanlarım, Sultanlarım!
Dünən vardıq, bu gün varım!
Şaman, boz qurd-əziz yarım!
Adım Böyük Turan oldu!

 Zərəngiz DƏMİRÇİ QAYALI-Azerbaycan/Bakü

  
2122 kez okundu

Yorumlar

Henüz yorum yapılmamış. İlk yorumu yapmak için tıklayın
Saat
Takvim
Döviz Bilgileri
AlışSatış
Dolar5.62765.6502
Euro6.32966.3550